Qarabağdakı sülhməramlılara yeni rəhbər təyin olundu

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin olunub.

ONN media xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, Qarabağdakı rus sülhməramlılarına bundan sonra general-mayor Andrey Volkov rəhbərlik edəcək.

Qeyd edək ki, Andrey Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına kimi Qarabağdakı rus sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradovun müavini olub.