Qaxda göbələk zəhərlənməsindən ölənlərin sayı 2-yə çatdı

Qaxda göbələkdən zəhərlənən 9 yaşlı İbrahimxəlil Qasımzadə vəfat edib.

O, Bakıda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

****

Qax rayonunda zəhərlənmə hadisəsi baş verib.

Hadisə Tasmalı kəndində qeydə alınıb.

Kənd sakinləri – 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.(Report)