Qazaxın 7 kəndi və Kərki ilə bağlı sevindirici xəbər

Qazaxın 7 kəndi, Kərki və bununla əlaqədar digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Ermənistan heç vaxt bəyan edə bilməz ki, bu ərazilər Azərbaycan ərazisi deyil. Bu ərazilər Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycanın tərkibinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq. Bu ərazilərin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı məsələlər müzakirə olunub öz həllini tapacaq”, – X.Xələfov vurğulayıb.