ONN İnformasiya Agentliyi

Qız liseyinə silahlı HÜCUM – 300 şagird qaçırıldı

Qız liseyinə silahlı HÜCUM – 300 şagird qaçırıldı
26 Fevral 2021 - 13:23

Nigeriyada silahlı şəxslər məktəbə hücum edib.

ONN media  xəbər verir ki, Zamfara əyalətinin Canqebe bölgəsindəki qız liseyinə hücum təşkil edənlər 300 azyaşlı qızı qaçırıb.

Yerli sakinlər qaçırılan məktəbli qızları xilas etmək üçün axtarışlara başlayıb.

RİA “Novosti” yerli “PM News” qəzetinə istinadən xəbər verir ki, onlarla silahlı əvvəlcə məktəbin yaxınlığındakı hərbi posta hücum edib, sonra məktəbə soxulub.

Qəzet yazır ki, hücum zamanı bir neçə hərbçi yaralanmış ola bilər, ancaq itkilərin olub-olmadığı məlum deyil.

Qeyd edək ki, bu, Nigeriyada ilk belə hadisə deyil. Daha əvvəl dəfələrlə silahlı qruplaşmalar məktəblərə hücum edərək şagirdləri qaçırıb və əvəzində pul tələb edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png