Rəmiş dəfn edildi – SON DƏQİQƏ

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) dəfn olunub.

Mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

xxx

Xalq artisti Rafiq (Rəmiş) Hüseynov 1 saylı Kliniki Mərkəzdən son mənzilə yola salınır.

Klinikada baş tutan vida mərasimində Güllü Hüseynova cənazəyə sarılıb.

Rəmiş “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Rafiq Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı.

Vida mərasimində xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Təyyar Bayramov, Rəhman Məmmədli, xanəndə Firuz Səxavət iştirak ediblər.