Rəşad Nəbiyev ABŞ səfiri ilə görüşdü

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb.

ONN media  xəbər verir ki, bu barədə nazir Tvitter hesabında yazıb.

“Əqli mülkiyyət hüquqlarına, kibertəhlükəsizliyə, innovasiyalara dair fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.