ONN İnformasiya Agentliyi

Rövşən Əkbərova AĞIR CƏZA VERİLDİ

Rövşən Əkbərova AĞIR CƏZA VERİLDİ
13 Oktyabr 2021 - 14:22

Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərovun məhkəmə prosesi keçirilib.

ONN media xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini bildirib. Buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən düşdüyünü nəzərə olaraq, onun 12.1, 120.2.2 (qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilinməsini istəyib.

Prokuror Rövşən Əkbərovun 11 il azadlıqdan məhrum edilməsini təklif edib.

R.Əkbərovun vəkilləri çıxış üçün vaxt istəyiblər. Proses 22 oktyabrda davam etdiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png