Rusiya Türkiyə ilə uçuşların dayandırılması səbəbini AÇIQLADI

“Rusiya ilə Türkiyə arasındakı münasibətlər bir sıra sahələrdə inkişaf edir. Bunlar təkcə turizm deyil, həm də siyasi, strateji və energetikada əməkdaşlıq məsələləridir. Bu ikitərəfli münasibətlərin dinamik inkişafını görürük. Hava əlaqələrinin dayandırılmasına siyasi səbəb axtarmaq cəhdləri əsassızdır”.

ONN media   xəbər verir ki, bu fikirləri “Report”un Rusiya bürosuna Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, uçuşların dayandırılması epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqəlidir.

O vurğulayıb ki, karantin tədbirlərinə riayət olunmasına davam etmək lazımdır.