ONN İnformasiya Agentliyi

Rusiyalı politoloqdan etiraf: “Sülhməramlılar Qarabağda qalmayacaq…”

Rusiyalı politoloqdan etiraf: “Sülhməramlılar Qarabağda qalmayacaq…”
08 Oktyabr 2021 - 14:18

Rusiya Qarabağda qalmayacaq və oranı tərk edəcək və ondan sonra etnik təmizləmə olmadan ermənilər özləri Qarabağı tərk edəcəklər.

Bunu rusiyalı şərqşünas ekspert, “Ruskiy orientalist” teleqram kanalının müəllifi İqor Dimitriev “Regnum”a açıqlamasında  deyib.

Onun sözlərinə görə, Rusiya və Ermənistanın yetərincə problemləri olduğundan Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat verə bilməyəcəklər. 

“Bir müddət rus sülhməramlıları Qarabağdakı ermənilərin təhlükəsizliyinə zəmanət verə biləcəklər, ancaq Rusiya özü bir çox irimiqyaslı problemlərlə üzləşəcəyindən, onların təhlükəsizliyinə təminat verə bilməyəcək. Artıq belə çətinliklər ortaya çıxıb”, – Rus ekspert qeyd edib.

Ekspert əlavə edib ki. Azərbaycanın Qarabağ və gələcəyi ilə bağlı dəqiq mövqeyi var: “Baxmayaraq ki, Azərbaycana ötən müddət ərzində dırnaqrası yanaşdıq…”

Dimitriyevin fikrincə, Rusiya Qarabağda qalmayacaq və çox güman ki, rus sülhməramlıları dörd ildən sonra oranı tərk etməli olacaqlar. 

“Dörd il ərzində hələ çox şey ola bilər, vəziyyət əhəmiyyətli dərəcədə dəyişəcək. Amma Rusiyanın orada qalması üçün heç bir əsas yoxdur. Rus sülhməramlıları tərk edən kimi ermənilər də 4 ildən sonra heç bir etnik təmizləmə həyata keçirilmədən Qarabağı tərk edəcək. Rus sülhməramlıları daha az travmatik olan ermənilərin Qarabağdan çıxması prosesini təmin edir. Ermənilərin yaşadığı ərazilər onsuz da yarı blokadadadır”, – ekspert Dmitriyev vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png