Ruslar Qarabağda Qələbə Günü keçirdi

Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbir keçirib.

ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbirdə 450 sülhməramlı iştirak edib. Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov da çıxış edib.

Tədbir zamanı 1945-ci il mayın 1-də sovet ordusunun əsgərləri tərəfindən Berlindəki Reyxstaq binasının damına asılmış bayraq təqdim olunub.