“Səhnədən səngərə” – Şəhid Toğrul Hacıyev

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Səhnədən səngərə” layihəsinin altıncı buraxılışını təqdim edir.

Qəhrəmanımız səhnədə kövrək ruhu ilə ürəkləri titrədən tarzən, səngərdə şücaəti ilə canavar ləqəbi qazanan şəhid Toğrul Hacıyevdir.

Bu gün anasının Toğrulun ardınca bir ovuc su töküb, səngərə ötürdüyü yolun üstündə bulaq axır. Bu gün körpəsindən qocasına qədər hamı Toğrul bulağından su içir.

Su qədər ömrün mübarək, əziz Şəhidimiz!

Həmin videomaterialı təqdim edirik: