Səməd Səmədov dəfn edildi, oğlu isə jurnalistlərə qadağa qoydu 

Xalq artisti Səməd Səmədov son mənzilə yola salınıb.

ONN media xəbər verir ki, müğənninin nəşi dəfn olunmaq üçün Yasamal qəbiristanlğına aparılıb. Onunla vidalaşmağa gələnlər arasında sənət dostları da yer alıblar.

Mərhum sənətçinin oğlu media nümayəndələrinə çəkiliş etmək üçün imkan verməyib. O, media nümayəndələrinin qəbiristanlığa buraxılmasına icazə verməyib.

Qeyd edək ki, S.Səmədov 75 yaşında ötən gün vəfat edib. O, bir neçə gün əvvəl koronavirusa yoluxub və xəstəxanaya yerləşdirilib.