ONN İnformasiya Agentliyi

Sənə görə – NADİR QÜDRƏTOĞLU

Sənə görə – NADİR QÜDRƏTOĞLU
18 Fevral 2022 - 10:43

SƏNƏ GÖRƏ

  • Bilirsən ki bu həyatı yaşayıram mən eşqinlə,
  • Sətirlərə köçürürəm duyğuları sənə görə
  • Üzümdəki təbəssümüm aşiqdi bir kəlmənə,
  • Daşımaq çox xoşdur mənə qayğıları sənə görə
  •  
  • Gör nə gözəl sevgi ilə biz birləşib ailə olduq,
  • Çox şükür ki səadəti yaşayıram Sənə görə
  • Sevənlərə örnək olub, bir canda tək ürək olduq,
  • Sevincimə sığal çəkib, oxşayıram sənə görə
  •  
  • Könlüm hər an xoş səsinə, o saf sevginə möhtacdır,
  • Xoşbəxtliyi, səadəti sənə verdim sənə görə
  • Gözlərimdə yanan işıq, “can” kəlmənlə şölələnsin,
  • Nəğmə dolu, şeir dolu ömür sürüm Sənə görə
  •  
  • Sənsən əsl məhəbbəti qəlb evimə həkk eyləyən,
  • Nur saçdığın evimizdə işıq yanır sənə görə
  • Tanrının dərgahında eşq sarayın mənəm tikən,
  • Ürəyim də səadətə çox inanır Sənə görə
  •  
  • Qoyma ömrüm uzaq qalsın varlığından bircə an da,
  • Neçə şeir yazsam inan bil ki azdı sənə görə.
  • Mən Məcnuna qismət yazdı, Sən Leylini tanıyanda,
  • Xoş günləri taleyimə Tanrı yazdı sənə görə.

NADİR QÜDRƏTOĞLU

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png