Saakaşvili üçün həkim qrupu yaradıldı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün profilli həkimlərdən ibarət qrup yaradılıb.

ONN media  xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Rati Breqadze məlumat verib.

O qeyd edib ki, Ədliyyə Nazirliyinin müraciəti əsasında Səhiyyə Nazirliyi tərəfindən formalaşdırılan qrupun fəaliyyəti sabiq dövlət başçısının razılığından asılı olacaq.