Saatlıda kişi evinin həyətində intihar etdi

Saatlı rayonunda intihar hadisəsi baş verib.

Hadisə Qaranuru kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1953-cü il təvəllüdlü Nəsirov Mirzağa Mirzə oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.