ONN İnformasiya Agentliyi

Sabiq müdafiə nazirinin həbs müddəti daha 2 ay uzadıldı

Sabiq müdafiə nazirinin həbs müddəti daha 2 ay uzadıldı
29 Noyabr 2021 - 16:27

Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın həbs müddəti daha iki ay uzadılıb.

ONN media xəbər verir ki, bu barədə onun vəkili Sergey Ovanisyan deyib.

Bildirilib ki, məhkəmə Tonoyanın həbs-qətimkan tədbirinin uzadılmasına qərar verib.
Vəkil həbs müddətinin uzadılması üçün heç bir əsas görmədiyini qeyd edərək, məhkəmənin qərarını “çox qəribə” adlandırıb. 

Xatırladaq ki, eks-nazir sentyabrda həbs edilib. Həbsxanada həmçinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan, aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan və iş adamı və silah alverçisi David Qalstyan da var. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dolları mənimsəməkdə ittiham edir. İttiham olunanlar onlara qarşı irəli sürülən ittihamı qəbul etmirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png