ONN İnformasiya Agentliyi

Şagirdi döyən məktəb direktoru ilə bağlı araşdımalara başlanıldı

Şagirdi döyən məktəb direktoru ilə bağlı araşdımalara başlanıldı
06 Yanvar 2022 - 15:43

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

ONN media bildirir ki, bu barədə bakı şəhər təhsil idarəsindən Ölkə.Az-ın sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

“Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır” – cavabda qeyd olunub.

Qeyd edək ki, paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın təhsil ocağında şagirdlərə əl qaldırmasını əks etdirən görüntülər yayılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png