ONN İnformasiya Agentliyi

Sahibə Qafarova İtaliyaya səfərə gedir (YENİLƏNDİ)

Sahibə Qafarova İtaliyaya səfərə gedir (YENİLƏNDİ)
16 May 2021 - 14:22

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya tərəfinin dəvəti ilə mayın 17-dən 19-dək bu ölkədə rəsmi səfərdə olacaq.

ONN media  xəbər verir ki, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Tahir Mirkişili, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, Aqiyə Naxçıvanlı, Afət Həsənova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində Milli Məclisin sədri İtaliya parlamentinin hər iki palatasının sədrləri və ölkənin Xarici İşlər naziri ilə görüşəcək, parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaq. Nümayəndə heyətimizin İtaliya parlamentindəki dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşləri nəzərdə tutulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png