ONN İnformasiya Agentliyi

Sarkisyan yenə Paşinyanın müraciətini RƏDD ETDİ

Sarkisyan yenə Paşinyanın müraciətini RƏDD ETDİ
02 Mart 2021 - 21:34

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı vəsatətini ikinci dəfə imzalamayıb.

ONN media  xəbər verir ki, A.Sarkisyan bu gün “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna hələ 2018-ci ildə edilmiş düzəlişlərin konstitusiyaya uyğunluğunun nəzərdən keçirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, A. Sarkisyanın Konstitusiya Məhkəməsinə etdiyi müraciət Qasparyanın vəzifəsindən azad edilməsinə əngəl yaratmır, çünki Konstitusiya Məhkəməsi vəsatətə və Paşinyanın bu vəsatəti qaldırmasına imkan verən qanunvericilik düzəlişlərinə baxacaq.

Qanuna əsasən, baş nazirin imzaladığı vəsatət imzalandıqdan üç gün sonra avtomatik olaraq qüvvəyə minir.(ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png