SON DƏQİQƏ: Güclü zəlzələ oldu

Türkiyənin Muğla vilayətinin Datça ilçəsinin sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

ONN media  xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar 2,51 km dərinlikdə meydana gəlib.

Zəlzələ ətraf bölgələrdə də hiss olunub.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.