ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: İrəvanda Təhlükəsizlik Şurasının fövqəladə iclası başladı

SON DƏQİQƏ: İrəvanda Təhlükəsizlik Şurasının fövqəladə iclası başladı
16 May 2021 - 13:16

Bu gün İrəvanda Təhlükəsizlik Şurasının (TŞ) iclası keçirilir.

ONN media  xəbər verir ki, iclasda Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi və Ermənistan müdafiə naziri, habelə digər hökumət üzvləri iştirak edirlər.

TŞ-nin fövqəladə toplantısı Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətə həsr olunub.

Xatırladaq ki, bir neçə gündür bu mövzuda danışıqlar aparılır. Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general Rüstəm Muradovun vasitəçiliyi ilə danışıqlar bu gün saat 14:00-da davam edəcək.

Bundan əlavə, bu gün Azərbaycan 15 min əsgərin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlər mayın 20-dək davam edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png