SON DƏQİQƏ: Türkiyə “Sinovac”ı TƏSDİQLƏDİ

Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi analizləri tamamlanan “Sinovac” peyvənd üçün “təcili istifadə icazəsi” verib.

ONN media   xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilir ki, vətəndaşlar aldıqları bildirişdən sonra ailə həkimləri, müvafiq dövlət və ya özəl xəstəxanalar tərəfindən peyvənd ediləcəklər.

Peyvəndlər 28 gün fərqi ilə 2 doza tətbiq ediləcək.