SON DƏQİQƏ: Türkiyədə İran agentləri cinayət başında YAXALANDI

Vanda keçmiş əsgəri ölkələrinə qaçırmaq istəyən 2-si İran agenti olmaqla 8 nəfər yaxalanıb.

ONN media  xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, sözü gedən şəxslər Milli Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Qüvvələrinin (Emniyet) birgə keçirdiyi əməliyyat zamanı cinayət başında saxlanılıblar.