ONN İnformasiya Agentliyi

“Son zəng”lə bağlı QƏRAR VERİLDİ

“Son zəng”lə bağlı QƏRAR VERİLDİ
10 İyun 2021 - 20:12

Bu il ümumtəhsil məktəblərində “Son zəng” təşkil olunacaq.

ONN media  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilib və müsbət cavab gəlib.

“Yaxın günlərdə şərtlər elan ediləcək. Bu şərtlər çox sadədir, açıq havada və müəyyən say məhdudiyyətləri tətbiq olunacaq. 100-dən çox məzunu olan məktəblərdə yəqin ki, bir neçə hissədən ibarət “Son zəng” tədbirlərinin keçirilməsi planlaşdırılır. Sosial məsafəyə riayət olunması tələb ediləcək” – deyə, E.Əmrullayev qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png