ONN İnformasiya Agentliyi

Şuşada ilk respublika uşaq tədbiri keçiriləcək

Şuşada ilk respublika uşaq tədbiri keçiriləcək
27 May 2022 - 16:28

İyunun 1-də Şuşada məktəblilər arasında “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konsert proqramı keçiriləcək.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.


Bildirilib ki, tədbir Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Şuşa Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa Real Məktəbinin qarşısında baş tutacaq.

Tədbirdə müsabiqə qaliblərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunacaq, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq. Həmçinin festival-müsabiqənin qalibləri mükafatlandırılacaq.

Qeyd edək ki, respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənət yönümlü ümumtəhsil müəssisələri istisna olmaqla) istedadlı şagirdləri arasında iki yaş qrupunda (11-14 yaş və 15-17 yaş) 4 nominasiya – ifa, rəqs, dram sənəti, təsviri incəsənət və dekorativ tətbiqi-sənət üzrə keçirilən müsabiqəyə ümumilikdə 10000-dən çox istedadlı şagird qatılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png