“Taliban” daha 4 əfqanı edam etdi

Əfqanıstanda hakimiyyətə gələn radikal “Taliban” silahlıları adam oğurlamaqda günahlandırılan ölkənin şimal-qərbdəki Herat əyalətinin dörd sakinini edam ediblər.

ONN media xəbər verir ki, bu barədə TASS yerli xəbər agentliyinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, edam hökmü böyük izdiham qarşısında icra edilib. Amma edamın hansı formada keçrildiyi açıqlanmayıb.

Taliban rəsmiləri is hadisəni şərh etməyiblər.