ONN İnformasiya Agentliyi

Tanınmış teatrşünasın yeni kitabı nəşr edildi

Tanınmış teatrşünasın yeni kitabı nəşr edildi
03 Fevral 2021 - 16:52

Tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyevin “Xalq şairi olmayan xalqın şairi” adlı yeni ktabı nəşr olunub.

Kitab şair, dramaturq Novruz Gəncəlinin 100 illik yubileyi ərəfəsində onun həyat və yaradıcılığını özündə əks etdirir. Kitabda şairin yaradıcılığı və eləcə də fəaliyyəti geniş bir şəkildə işıqlandırılmaqla təhlil olunur.

Bununla yanaşı həmçinin Novruz Gəncəlinin həyat məziyyətləri geniş bir aspektdə işıqlandırılmaqla monoqrafiyada toplanan materiallar teatrşünasların eləcə də sənətşünasların ilkin məlumat və araşdırmaları üçün bir mənbə hesab edilə bilər.

Kitabın elmi redaktoru, fəlsəfə doktoru İmran Axundov, redaktoru isə Sailə Məhərrəmqızıdır. Həmçinin yaxın günlərdə elmi monoqrafiyanın elektron variantı geniş oxucu kütləsinin diqqətinə təqdim olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png