ONN İnformasiya Agentliyi

Teymur Rəcəbov Xalq artistinin nəvəsi ilə nişanlandı

Teymur Rəcəbov Xalq artistinin nəvəsi ilə nişanlandı
25 Noyabr 2021 - 14:47

Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov RSFSR Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb.

ONN media xəbər verir ki, bu barədə A.Maksakova instaqram hesabında paylaşıb.

Xalq artisinin nəvəsi fotonun üzərinə “FİDE dünya çempionatında nişanlımla” şərhini yazıb.

Daha sonra Rəcəbov özü də nişanlısının paylaşımını “repost” edərək məlumatı təsdiqləyib.

Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Bir müddət əvvəl cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərc olunmayıb. Onların Məryəm adlı bir övladı var.

Xatırladaq ki, Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png