ONN İnformasiya Agentliyi

Toyu olduğu deyilən məktəblinin “qayınata”sı danışdı – VİDEO

Toyu olduğu deyilən məktəblinin “qayınata”sı danışdı – VİDEO
02 İyun 2022 - 13:34

Azərbaycanda ərə verilən məktəbli qızın “qayınata”sı danışıb.

ONN media xəbər verir ki, bu barədə “Xəzər Xəbər” süjet hazırlayıb.

O, məktəbli qızın toyu olması xəbərlərini yalanlayıb.

Qızın “qayınata”sı sadəcə “həri” mərasiminin olduğunu qeyd edib:

“Ailə arasında “həri” mərasimi olub, toy olmayıb. Qız həddi buluğa çatanda toy olacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, Sabirabadda məktəbli qızın toyu barədə ilk məlumatı Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadə yayıb.

“Sabirabad rayonu Qəzli kəndində doqquzuncu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacağam, anasının adı isə Zöhrədir”, – deyə K.Ağazadə paylaşımında qeyd edib.

Daha ətraflı süjetdə:

https://player.olke.az/?v=7533

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png