ONN İnformasiya Agentliyi

Türkiyə paytaxtını sel basdı

Türkiyə paytaxtını sel basdı
12 İyun 2021 - 9:31

İyunun 11-də günorta saatlarından başlanan güclü yağış Türkiyənin paytaxtı Ankarada sel və daşqınlara səbəb olub. Paytaxtın Sincan rayonunun Ayaş yolunda onlarla avtomobil su altında qalıb. İctimai nəqliyyatda, dayanacaqlarda ciddi problemlər yaşanıb.

ONN media xəbər verir ki, güclü yağış səbəbindən şəhərin əsasən çökək ərazilərindəki yolları, tikintilərin giriş qatlarını və zirzəmiləri sel basıb. Tunel və aşağı keçidlərdə qalan avtomobillər dartılaraq çıxarılıb. Şəhər rəhbərliyi fəsadları aradan qaldırmaq üçün ərazilərə böyük nasoslar və aqreqatlar cəlb edib.

Metroloqlar güclü yağış, tufan və küləkli hava şəraitinin Anadolunun əksər bölgələrində davam edəcəyinə dair məlumat yayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png