Türkiyədə daha 78 nəfər virusdan vəfat etdi

Türkiyədə son 24 saat ərzində 118 816 COVID-19 testi yoxlanılıb və 8 104 nəfərin cavabı pozitiv çıxıb.

ONN media  xəbər verir ki, sutka ərzində 78 nəfər koronavirusdan vəfat edib. 5 960 nəfər isə sağalaraq gündəlik həyat tərzinə qayıdıb. Bununla da, ölkədə indiyədək sağalanların sayı 2 529 450 nəfərə çatıb.

Hazırda Türkiyə xəstəxanalarında müalicə alan COVID-19 xəstələrinin 1189-nun vəziyyəti ağır olaraq qiymətləndirilir.