Ukraynanın Baş naziri Azərbaycana səfər edəcək

Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycana rəsmi səfər edəcək.

ONN media xəbər verir ki, bunu  açıqlamasında Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov Ağdama səfəri zamanı deyib.

O qeyd edib ki, Ukrayna Baş nazirinin Azərbaycana səfəri iyun ayında planlaşdırılır.