ONN İnformasiya Agentliyi

Vətən müharibəsində iştirak edən bu şəxslərə 3 ay möhlət veriləcək

Vətən müharibəsində iştirak edən bu şəxslərə 3 ay möhlət veriləcək
23 Fevral 2021 - 12:24

Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək.

ONN media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsində 21.1.4-cü maddədə dəyişiklik təklif edilir. Beləliklə, layihəyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. Layihəyə əsasən, İlk imtahandan müvəffəqiyyətlə keçən doktorantlar imtahanlarını verə biləcəklər. 

Qeyd edək ki, hazırda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həmin çağırışçılara yalnız bir dəfə möhlət verilir.

Qanun layihəsi səsə qoyularaq  üçüncü oxunuşda qəbul edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png