Xalq artisti Arif Babayevin vəziyyəti açıqlanıb

Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb.

ONN media xəbər verir ki, bu barədə “Report”a Xalq artistinin yaxınları məlumat veriblər.

Bildirilib ki, hazırda Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alan 83 yaşlı xanəndənin səhhətindəki problemlər tərdicən aradan qaldırılır: “Müalicəsi davam edir. Həkimlər deyir ki, bir neçə günə xəstəxanadan evə buraxılacaq”.