“Xan xəzinəsi” pulsuz kitab verir – DİQQƏT

Bakıda məşhur kitab mağazalarından biri “Xan xəzinəsi” kitab evi kitabların pulsuz paylanması aksiyasına başlayıb.

ONN media bildirir ki, kitab evinin rəhbəri Xan Rəsuloğlu Kult.az-a bildirib ki, 2-3 gün ərzində 3-4 min kitab pulsuz paylanacaq.

“Bukinist kimi fəaliyyət göstərdiyimizə görə kitablar daha çox kiril əlifbasında, rus və Azərbaycan dillərindədir. Kim istəyirsə, əldə edə bilər”, – X.Rəsuloğlu deyib.