ONN İnformasiya Agentliyi

XİN-in “qara siyahı”sına düşən 1040 arzuolunmaz şəxs…

XİN-in “qara siyahı”sına düşən 1040 arzuolunmaz şəxs…
10 İyun 2021 - 11:48

Rusiyanın erməni jurnalisti Nobel Arustamyanın AVRO-2020-nin oyunları üçün əvvəlcə akkreditasiya ala bilməməsi, bununla bağlı yaranmış qalmaqaldan sonra onun məsləsinin həll olunması Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sını bir daha gündəmə gətirdi.


Nobel Arustamyanın ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfərlər edib və həmin səfərlər zamanı rəsmi Bakıdan icazə almayıb. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdiyinə görə “Matç TV” telekanalının erməni şərhçisi Nobel Arustamyan Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “qara siyahı”ya salınıb.


Xarici İşlər Nazirliyi işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfərlər etmiş 1040 nəfərin adını “qara siyahı”ya salıb.

Onlar arasında ABŞ Konqresinin üzvləri Adam Şif, Ceki Spayer, Cudi Çu, Nümayəndələr Palatasının deputatları Tulsi Gabbard, Frank Pallone, David Valadao, ABŞ-ın Qlendel şəhərinin keçmiş meri Ara Nazaryan, ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Marşal Evans kimi tanınmış simaların adları var.

Azərbaycan XİN-in “qara siyahı”sına ən çox Rusiya vətəndaşlarının adı düşüb. Belə ki, Rusiyanın siyasətçiləri, müğənniləri, jurnalistləri, ictimaiyyət nümayəndələri ilə birlikdə 200-dən çox vətəndaşı Azərbaycan torpaqlarına qanunsuz səfərlər edib.

Onlar arasında ən məşhurları Rusiya Fedarasiyası İctimai Palatasının üzvü Konstantin Zatulin,  yazıçı Alisa Qəniyeva, jurnalist Anna Çapman, müğənni Filipp Kirkorovun atası Bedros Kirkorov, rusiyalı iş adamı German Sterliqovdur.    

Azərbaycan torpaqlarına qanunsuz səfər etmiş şəxslər arasında fransalı tanınmışlar da var.
“Qara siyahı”da Fransa Senatının üzvləri Alen Leon Neri, Bernar Furni, Filip MariniFilip Kaltenbah, Jan Bize, Jilber Luk Devina, Mari Arlette Karlotti, Mişel Amiel və Sofi Jusen, Vien şəhərinin meri Jak Remilye, Sent-Etyen şəhərinin meri Qael PedroVilleurbanne şəhərinin meri Jan-Pol Bret, Bourg-les-Valnce şəhərinin meri Marlene MuryeAlforvil şəhərinin meri Mişel Jerşinoviç, Arnuvil şəhərinin meri Paskal Dol kimi siyasətçilərin adları qeyd edilib.
Fransanın daxili işlər naziri Bruno Le Ru da Milli Assambleyanın üzvü olduğu illərdə işğal altındakı ərazilərimizə səfər edib.

Fransa Azərbaycanın “qara siyahı”sında ən çox vətəndaşı olan ikinci ölkədir. Fransa Milli Assambleyasının senatoru Pyer Uzulias ilə bərabər 20-dən çox assambleya üzvü Qarabağa qanunsuz səfərlər ediblər.

Üstəlik bu dövlətin təkcə siyasətçiləri deyil, tanınmış müğənniləri, futbolçuları, jurnalistləri və blogerləri də Qarabağ ərazisini “su yolu”na döndərmişdilər. Fransa vətəndaşları arasında səfəri ən çox səs-küy yaradan məşhurlardan biri də futbolçu, dünya çempionu Yuri Djorkaef olmuşdu.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png