“Xocalı qətliamını unutmayacağıq, unudulmasına icazə verməyəcəyik”

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Xocalı faciəsinin ildönümü ilə bağlı münasibət bildirib.

ONN media  xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında paylaşım edib.

“29 il əvvəl bu gün Xocalıda vəhşicəsinə həyata keçirilən qətliamda şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq. Xocalı qətliamını unutmayacağıq, unudulmasına icazə verməyəcəyik”, – deyə dövlət başçısının sözçüsü bəyan edib.