ONN İnformasiya Agentliyi

YAP-ın Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşdı (YENİLƏNİR)

YAP-ın Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşdı (YENİLƏNİR)
05 Mart 2021 - 12:54

Yeni Azərbaycan Partiyasının bu gün keçirilən VII qurultayında partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşıb.

Qurultay hazırda davam edir.

xxx

Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı davam edir.

İclasda partiya sədrinin müavini Əli Əhmədov çıxış edib.

Daha sonra isə Bahar Muradova, Hikmət Babaoğlu, Azər Badamov, Mixail Zabelin, Ülviyyə Ağayeva çıxış edib.

Hazırda çıxışlar davam edir.

xxx

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilir.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

xxx

Qurultayda Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının sədrləri iştirak edirlər.

Belə ki, qurultayda onların YAP-a qoşulmaq üçün müraciətlərinə də baxılacaq.

xxx

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı saat 10:00-da başlayacaq.

Hazırda qurultay iştirakçıları YAP-ın binasına daxil olur.

xxx

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.

Bu, YAP-ın VII qurultayıdır.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png