ONN İnformasiya Agentliyi

Yayın romantik DƏBİ

Yayın romantik DƏBİ
04 İyul 2021 - 13:11

Yay ruhunu istənilən obraza köçürmək üçün dizaynerlər çoxsaylı modellər təklif edir. Xüsusilə aksesuarların çeşidi son dərəcə genişdir. Həsir şlyapalar bu mənada yay qarderobunda ayrı bir yer tutur.

ONN media xəbər verir ki, yay stilinin ayrılmaz hissəsi olan donlar, pareo və şortlarla harmoniyası həsir şlyapaları mövsümün tacı aksesuarı edir.

Təsadüfi deyil ki, dünyanın bir çox tanınmış simaları stil ikonası adını məhz bu qəşəng aksessuar sayəsində əldə ediblər. Hər stillə uyğunlaşan saman rənginin təbiiliyi ilə yanaşı, rəngli versiyalarını da tapa bilərsiniz. Bu, əyləncəli obrazlar yaratmaq istəyənlərin ürəyincə olacaq. Çimərlik tərziniz üçün daha geniş və daha parlaq modellər də seçə bilərsiniz.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png