Zərdabda Xocalı faciəsinin anım günü keçirildi

Bu gün Zərdabda Xocalı soyqırım qurbanlarının anım mərasimi keçirilib.

Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin, Zərdab RPŞ-nin və rayonun digər hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. İştirakçılar rayonun Şəhidlər Xiyabanında Xocalıda şəhid olan soydaşlarımızı dərin ehtiramla yad ediblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları eyni zamanda, ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərin məzarları üzərinə qərənfillər düzüb, bütün şəhidlərimizin unudulmaz xatirəsi ehtiramla anılıb.

Qeyd edək ki, anım mərasimi sanitar-karantin rejiminin qaydaları çərçivəsində keçirilib.