Zakir Həsənov onu MOİK-ə rəis TƏYİN ETDİ

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubuna (MOİK) yeni təyinat olub.

ONN media xəbər verir ki, Müdafiə naziri, general-polkovnik  Zakir Həsənovun müvafiq əmri ilə polkovnik-leytenant Mənsur Nəcəfov MOİK-in rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, MOİK-in keçmiş rəisi polkovnik Elxan Məcidov tutduğu vəzifədən azad olunduqdan sonra Mənsur Nəcəfov həmin vəzifəsni müvəqqəti icra edirdi.