ONN İnformasiya Agentliyi

Zakir Həsənov Özoralla görüşdü

Zakir Həsənov Özoralla görüşdü
09 Aprel 2021 - 18:25

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz üçün faydalı olduğu vurğulanıb.

Səfirlə əvvəlki görüşlərini xatırlayan müdafiə naziri ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə diplomata təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir görüşə görə minnətdarlığını ifadə edərək ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png