Zalkaliani Kiyevə gedir – İLK DƏFƏ

Gürcüstan xarici işlər naziri David Zalkaliani bu gün Kiyevə səfərə gedir.

ONN media  xəbər verir ki, bu məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Məlumata görə, səfər iki gün davam edəcək.

Qeyd edək ki, bu, iki ölkə arasında münasibətlərin normallaşmasından sonra baş tutan ilk rəsmi səfərdir.