ONN İnformasiya Agentliyi

Zelenski Türkiyəyə başsağlığı verdi

Zelenski Türkiyəyə başsağlığı verdi
05 Mart 2021 - 11:49

Ukrayna Prezidenti Vladimir Zelenski hərbi helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib.

ONN media  xəbər verir ki,  bu barədə V. Zelenski “Twitter”də bildirib.

“Dünən Bitlis vilayətində baş verən helikopter qəzasında həyatını itirən bütün şəhidlərin ruhu şad, məkanları cənnət olsun. Onların ailələrinə səbr, yaralılara təcili şəfa diləyirəm”, – deyə o vurğulayıb.

Ukrayna prezidenti bu paylaşımı türk, Ukrayna və ingilis dillərində edib. 

Xatırladaq ki, martın 4-də Bitlisdə hərbi helikopter qəzası nəticəsində 11 hərbçi şəhid olub. Şəhidlər arasında korpus komandiri, general-leytenant Osman Erbaş da var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png