“Zirə” son dəqiqələrdə qələbəni əldən verdi

Sentyabrın 18-də futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

ONN media xəbər verir ki, günün ikinci matçında “Zirə” klubu “Sabah”ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Oyunda meydan sahiblərinin legioneri Mohamed Hamdaui 49-cu dəqiqədə hesabı açıb. “Sabah”ın futbolçusu Şpiro Periçiç 83-cü dəqiqədə qonaqların bərabərlik qolunu vurub.

Xallarının sayını 5-ə çatdıran “qartallar” turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. İlk xalını qazanan “Sabah” isə 7-ci yerdədir.

Qeyd edək ki, günün digər oyununda “Qəbələ” evdə “Səbail”in qapısından 5 cavabsız top keçirib.

Sentyabrın 19-da “Neftçi” “Keşlə”ni qəbul edəcək. Tura sentyabrın 20-də “Qarabağ” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq.