ONN İnformasiya Agentliyi

Ayaqüstü yeməyin ziyanları

Ayaqüstü yeməyin ziyanları
28 Noyabr 2017 - 6:36

Ayaq üstə yemək və qidanın sürətlə qəbul olunması orqanizmdə bir sıra ağırlaşmalara yol açan metabolik sindromun inkişafına gətirib çıxarır.

ONN media-nın məlumatına görə, Yaponiyanın Hirosima universitetinin bir qrup alimi bu qənaətə gəlib.

Mütəxəssislər 1000-dən çox könüllünün üzərində təcrübə aparıb. Könüllülər qidalanma sürətinə görə, 3 qrupa ayrılıb.

Ayaq üstə və daha sürətlə yeməyə üstünlük verən qrupda metabolizm sindromunun yaranma riski 11,6 faiz daha çox olub.

Tədqiqatlar nəticəsində məlum olub ki, bu cür qidalanma tromb yaranmasına meyillilik, arterial hipertenziya, piylənmə kimi pozuntularla müşayiət oluna bilər.(Trend)

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png