ONN İnformasiya Agentliyi

Bu saytlarla kommunal ödənişlər etməyin! – Xəbərdarlıq

Bu saytlarla kommunal ödənişlər etməyin! – Xəbərdarlıq
13 Noyabr 2023 - 10:19

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət qurumlarının adından kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edib.

ONN Media müraciətin mətnini təqdim edir:

“Dələduzlar hxxps://asanodeme.info/kommunal, hxxps://asan-cerime.net, hxxps://asan-cerime.biz və hxxp://asan-cerime.com saytları yaradıb.

Belə ki, kommunal xidmətlərin və yaxud cərimələrin xüsusi endirimlər və bonuslarla ödənilməsi adı altında yaradılan, sosial şəbəkələr vasitəsi ilə reklam olunaraq vətəndaşların marağını cəlb edən belə saytlar vətəndaşları aldatmaqla, onları saxta ödəniş səhifələrinə yönləndirir və kart məlumatlarını ələ keçirərək vəsaitlərini oğurlayır.

Belə kiberdələduzluq halları tərəfimizdən araşdırılmaqla və ölkə üzrə bloklanaraq vətəndaşların dələduzların qurbanına çevrilməsinin qarşısının alınması üzərində aktiv işlənilməklə yanaşı hər gün yenilənən saxta səhifələrlə mübarizədə vətəndaşları ayıq olmağa media nümayəndələrini isə vətəndaşları belə dələduzluq halları ilə bağlı maarifləndirmədə köməklik göstərməyə çağırırıq.

Vətəndaşlara reklam olunan kampaniyalara qarşı həssas davranmağı, alınan məlumatları dəqiqləşdirməyi və yalnız rəsmi səhifələrə etibar etməyi tövsiyə edirik!”-deyə açıqlamada qeyd olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png