Ermənistan meyitlərini götürməkdən imtina edir – Hacıyev

Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyitlərin Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə Ermənistana verməyə hazırdır. Hələ 18 oktyabrda bunu bəyan etməyimizə baxmayaraq, Ermənistan cavab vermir. Meyitləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır.

ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.