“Formula 1”: Niderlandlı sürücü sıralama turunda qəza törədib

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda qəza baş verib.

ONN media xəbər verir ki, “Alfa Tauri”dən Nik de Vris uğursuzluqla üzləşib.

Onun bolidi təhlükəsizlik baryerinə çırpılıb.

Nəticədə, qırmızı bayraq qaldırılıb və niderlandlı sürücü yarışa davam edə bilməyib.