Hava ilə bağlı XƏBƏRDARLIQ – İntensiv yağış, güclü külək

Aprelin 26-sı gündüzdən 27-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

ONN media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi 27-də bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.